BDU-da “Tələbədən tələbəyə-2” layihəsinə start verildi

04/02/2015

BDU-nun jurnalistika fakültəsinin tələbələrinin təşəbbüsü ilə həyata keçirilən “Tələbədən tələbəyə-2”layihəsinə start verilib. Onlayn media üzrə jurnalist, media menecer olmaq istəyənlər üçün nəzərdə tutulan təcrübə proqramının müddəti 3 aydır və proqram pulsuz həyata keçirilir.  “Tələbədən tələbəyə″ layihəsinə qəbul olunacaq şəxslərə xəbər yazma, redaktə, fotojurnalistika, montaj, radio verilişlərin hazırlanması, sosial media marketinqi, bloq dərsləri keçiriləcək. Fevral-may aylarını əhatə edəcək təcrübə proqramı təqdimat və praktika hissələrindən ibarət olacaq.
Seçilənlər təcrübəli tələbə jurnalistlərdən həm dərslər alacaqlar, həm də öyrəndiklərini həyata keçirib təcrübə qazanacaqlar. İştirakçılar praktik hissədə xəbər yazmaq, redaktə etmək, foto və video çəkmək, video montaj, kameramanlıq, hazırladıqları materialı sosial şəbəkələrdə yaymağı öyrənəcəklər.
"Tələbədən tələbəyə" layihəsini bitirən şəxslərə sertifikatlar təqdim olunacaq. Arzu edən şəxslər CV-lərini qeyd etdiyimiz linkdə fevral ayının 6-sına qədər doldura bilərlər. CV göndərənlər arasından seçilən şəxslər müsahibədə iştirak etmək üçün dəvət olunacaqlar.

Təlim ödənişsizdir və yalnız Bakı Dövlət universitetinin tələbələri iştirak edə bilər. Son müraciət tarixi 06.02.2015 taixinə qədərdir.

Ünvan: Zahid Xəlilov 23, BDU, 2 saylı tədris korpusu, 2-ci mərtəbə, 221-ci otaq.

Mətbuat və informasiya şöbəsi, 04 fevral 2015-ci il.


Xəbərlər

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir
09/09/2025

BDU məzunu: “Dövlət proqramları gənclərə təhsil və elmi fəaliyyət sahəsində böyük dəstək verir”

Dövlət proqramları gənclərə imkan yaradır, gənclər isə bu imkanları zirvəyə çevirir
09/09/2025

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib
08/09/2025