BDU-da tələbələr üçün karyera quruculuğuna dair konsultasiyalar təşkil edilib

05/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru, Tələbə Gənclər Təşkilatı və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının birgə təşkilatçılığı ilə tələbələr üçün karyera quruculuğu istiqamətində fərdi konsultasiyalar təşkil olunub.

Konsultasiyaların keçirilməsində məqsəd tələbələri əmək bazarının tələbləri ilə tanış etmək, onları bu istiqamətdə maarifləndirməkdir. Layihə tələbələr tərəfindən maraqla qarşılanıb. Konsultasiyanın gedişində tələbələrin mövzu ətrafında sualları ətraflı cavablandırılıb, layihənin mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılıb.

Konsultasiyada düzgün karyera planlaması, əmək bazarının tələbləri və araşdırılması, iş axtarışı, rezüme və istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq kimi mövzular müzakirə edilib.

 

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026