BDU-da tələbələr üçün psixoloji təlim

01/05/2026

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvləri və “ASAN könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Mən və kölgəm” layihəsi çərçivəsində “Qrup terapiyası” adlı təlim keçirilib.

“BDU könüllüləri”nin Sosial elmlər və psixologiya fakültəsi üzrə sədri Fidan Cəlilova psixoloji maarifləndirmənin müasir dövrdə əhəmiyyətindən bəhs edib. O bildirib ki, bu kimi təşəbbüslər tələbələrin şəxsi inkişafına müsbət təsir göstərir, onların özünü dərk etmə və sosial bacarıqlarını gücləndirir.

Təlimin aparıcısı, psixoloq-psixoterapevt Firuzə Əliyeva sessiya zamanı iştirakçılara terapiyanın əsas prinsipləri, psixoloji rifaha təsiri, eləcə də qrup terapiyasının fərdi terapiya ilə müqayisədə üstünlükləri barədə ətraflı məlumat verib.

Praktiki hissə ilə davam edən təlimdə iştirakçılar müxtəlif interaktiv tapşırıqlara qoşularaq özlərini ifadə etmə, emosiyalarını anlama və qrup daxilində effektiv ünsiyyət qurma bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026