BDU-da tələbələr üçün seminar keçirilib

17/10/2018

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Müasir tələblərə uyğun elmi məqalənin hazırlanması, çap qaydaları” adlı seminar və “Elm və İnnovativ Texnologiyalar” beynəlxalq elmi araşdırmalar jurnalının təqdimatı keçirilib. Əvvəlcə BDU THİK sədri dosent Daşqın Qənbərov seminar barədə məlumat verib, nüfuzlu elmi jurnallarda məqalələrin dərc edilməsinin, o cümlədən yerli və beynəlxalq arenada söz sahibi olacaq tələbələrin elmi məqalələr yazmaq qabiliyyətlərinin inkişaf etdirilməsinin önəmindən bəhs edib.

Daha sonra “Elm və İnnovativ Texnologiyalar” jurnalının təmsilçisi Talehə Quliyeva və “Clarivate Analytics” şirkətinin Azərbaycan nümayəndəliyinin təmsilçisi, Xəzər Humanitar və Sosial elmlər jurnalının (Khazar Journal of Humanities and Social Sciences) redaktor müavini Xəyalə Məmmədova çıxış ediblər.

Çıxışçılar humanitar, ictimai-siyasi, tətbiqi, təbiət sahələrini əhatə edən jurnalların elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət qurmaq baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb, müasir tələblərə uyğun elmi məqalələrin hazırlanması, çap qaydaları barədə ətraflı məlumat veriblər.

Sonda görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 18 oktyabr 2018-ci il.

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
14/05/2026