BDU-da tələbələrin distant dərslərdə davamiyyəti yüksək səviyyədədir

23/09/2026

“Formula-1” üzrə Azərbaycan Qran-Prisinin Bakı şəhərində keçirilməsi ilə əlaqədar Bakı Dövlət Universitetində sentyabrın 23-dən etibarən dərslər “Microsoft Teams” və “Blackboard” platformaları vasitəsilə distant (məsafədən) formada təşkil olunur.

Bu məqsədlə texniki hazırlıq işlərinə sentyabrın 22-də başlanılıb və növbəti gün dərslərin məsafədən keçirilməsi təmin edilib. Görülən tədbirlər tədrisin fasiləsizliyinin qorunmasına və təhsil proqramlarının icrasının davam etdirilməsinə yönəlib. Gün ərzində 22 mindən çox tələbənin tədris prosesinə məsafədən qoşulması nəzərdə tutulur. Tələbələrin dərslərdə davamiyyəti yüksək səviyyədədir.

Tədris prosesinə nəzarət mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Hazıradək hər hansı səbəbdən dərslərə qoşula bilməyən tələbələrlə bağlı müraciət daxil olmayıb.

Xəbərlər

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
16/10/2026