BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı VIII elmi konfransı keçirilib

12/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbələrin “Gələcəyin alimləri” adlı VIII elmi konfransı keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bötüvlüyünün qorunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiya Mərkəzinin müdiri, professor Mais Süleymanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafına göstərdiyi qayğı, keçən əsrin 70-ci illərində ölkəmizdə elmin yeni sahələrinin təşəkkül tapması üçün gördüyü işlər barədə danışıb və tələbə elmi konfransının keçirilməsinin tədqiqatçıların yetişməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra fakültə dekanı Bəxtiyar Paşayev tələbə elmi konfransının tarixindən danışaraq səriştəli insan kapitalının yetişdirilməsi, tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. O, konfransa 120-yə yaxın tezisin təqdim edildiyini, onların içərisindən 108-nin seçilərək konfrans materiallarına daxil olunduğunu qeyd edib.

Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının müdiri Vaqif Salmanov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Azərbaycanda elmin inkişafında onun xidmətlərinin əvəzedilməz olduğunu bildirib.

Plenar iclasda Fizika fakültəsi SABAH qruplarının IV kurs tələbələri Əsmər Əliyeva “Qan və toxuma mayelərində oksigen və karbon dioksidin daşınmasında Bohr effekti” (elmi rəhbər Şəhla Hacıyeva), Sevinc Gülməmmədova “Xizinlə funksionallaşdırılmış maqnetit nanohissəciklərin quruluş xüsusiyyətləri” (elmi rəhbər Aynurə Kərimova) mövzularında məruzə ediblər.

Bundan sonra konfrans işini bölmələrdə davam etdirib. “Nəzəri fizika və astrofizika” bölməsində 19, “Molekulyar fizika” bölməsində 23, “Bərk cisimlər fizikası” bölməsində 43, “Fizikanın tədrisi metodikası” bölməsində 23 məruzə dinlənilib.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub. Tələbələrin fizikanın aktual problemlərini əhatə edən tədqiqat işləri professor-müəllim heyəti tərəfindən yüksək qiymətləndirilib.

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024