BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

09/10/2026

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun psixoloqu Vasif Bəşirov Tələbə Evində məskunlaşan tələbələr üçün “Adaptasiya” mövzusunda təlim keçib.

Təlimin məqsədi tələbələrin universitet mühitinə, yeni sosial münasibətlərə və yaşayış şəraitinə uyğunlaşmasına dəstək göstərmək, adaptasiya prosesində qarşılaşa biləcəkləri psixoloji çətinliklər barədə məlumatlandırmaq və onların bu çətinliklərin öhdəsindən gəlmək bacarıqlarını inkişaf etdirmək olub.

Təlim zamanı adaptasiya anlayışı, yeni sosial münasibətlərin qurulması, stres və emosional gərginliyin idarə olunması, özünəinamın artırılması və psixoloji dayanıqlılığın formalaşdırılması məsələləri müzakirə edilib.

Tələbələrə adaptasiya prosesində yaranan çətinliklərin normal və keçici ola biləcəyi izah olunub, gündəlik həyatın və təhsil prosesinin daha səmərəli təşkili ilə bağlı praktik tövsiyələr verilib.

İnteraktiv formatda keçirilən təlimdə tələbələrin sualları cavablandırılıb və onların fikirləri dinlənilib.

 

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026