BDU-da təlim: “Autizm: səssiz duyğular, sonsuz imkanlar”

04/04/2025

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri" təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “Autizm: səssiz duyğular, sonsuz imkanlar” adlı maarifləndirici təlim keçirilib.

Təlimin məqsədi tələbələrdə autizm haqqında doğru təsəvvür formalaşdırmaq, elmi əsaslara söykənən bilikləri artırmaq və autizmli şəxslərlə düzgün ünsiyyəti öyrətməkdir.

Təlimdə Psixologiya kafedrasının doktorantı, təlimçi Lamiyə Əhmədli-Şirinova Autizm Spektr Pozuntusu (ASP) barədə ətraflı məlumat verib. O, autizmin yaranma səbəbləri, erkən əlamətləri, inkişaf dinamikası və müalicə metodları kimi mövzulara toxunub. Həmçinin, autizmi olan insanlarla effektiv ünsiyyət üsulları, onların sosial həyatdakı çətinlikləri və bu problemlərin həlli yolları barədə danışıb. Mövzu ilə bağlı cəmiyyətdə mövcud olan bəzi yanlış təsəvvürlər də tələbələrin diqqətinə çatdırılıb.

Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026