BDU-da təlim: “Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar”

06/12/2022

Bakı Dövlət Universitetində (BDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar” mövzusunda təlim keçirilib.  
Təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Rauf Əliyev, şöbənin böyük məsləhətçisi Məhəmməd Novruzzadə, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Sosial elmlər və psixologiya fakültələrinin IV kurs tələbələri, magistrantlar iştirak ediblər.  
Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ali təhsil müəssisələrində dövlət qulluğunun üstünlükləri ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. ƏƏSMN-in şöbə müdirinin müavini Rauf Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda dövlət qulluğunun təbliği və təşviqi istiqamətində görülən işlər, layihələr barədə təlim iştirakçılarına məlumat verib.  
Təlim tələbə və magistrantların mövzu ətrafında sualları ilə davam edib.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026