BDU-da təlim: “Filogenetik analiz: nəzəriyyədən təcrübəyə”

07/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Filogenetik analiz: nəzəriyyədən təcrübəyə” mövzusunda təlim keçirilib.

Təlimçi, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq kompüter genomikası laboratoriyasının elmi işçisi Ülkər Hüseynova-Mustafayeva bildirib ki, filogenetika müasir və nəsli kəsilmiş canlılar arasında təkamül üzrə mövcud olan qarşılıqlı əlaqələri müəyyənləşdirən və identikləşdirən bioloji sistemləşdirmə sahəsidir. Təkamül nəzəriyyəsinə əsasən, növlər arasında olan oxşarlıq onların eyni mənşəli olmalarına və ya əcdadlarının eyni olmasına dəlalət edir. Buna görə də filogenetika ilə müəyyən edilən qarşılıqlı əlaqələr adətən bioloji növün təkamül tarixini təsvir edir.

Təlimçi daha sonra tələbələrlə birlikdə filogenetik ağacın qurulmasını əyani şəkildə həyata keçirib. Tələbələr müxtəlif proqram təminatlarında canlı orqanizmlərin təkamül tarixini başa düşməyə imkan verən filogenetik ağacın qurulmasının və modifikasiya olunmasının təməl anlayışlarına praktiki olaraq yiyələniblər.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026