BDU-da təlim: “Karyera məsləhətləri”

04/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “HRENGINIREENG” MMC-nin baş direktoru Aynur Mirzəzadə tərəfindən “Karyera məsləhətləri” mövzusunda təlim keçirilib.

Təlimin məqsədi tələbələrin iş dünyasına hazırlığını artırmaq, karyera planlaşdırma bacarıqlarını inkişaf etdirmək olub.

Təlimçi iştirakçılara karyera planlaşdırmasının əsas anlayışları, şəxsi SWOT analizi, CV və motivasiya məktubunun hazırlanması qaydaları, müsahibəyə hazırlıq mərhələləri və müsahibə zamanı davranış mədəniyyəti barədə məlumat verib. Daha sonra şəxsi brendin formalaşdırılması, sosial şəbəkələrdən, xüsusilə “LinkedIn” platformasından peşəkar məqsədlərlə istifadə, eləcə də effektiv “networking” texnikaları barədə danışıb.

Təlim zamanı tələbələr peşəkar inkişafda kommunikasiya bacarıqlarının rolu, şəxsi təqdimat qaydaları və iş mühitində etik davranış məsələlərinə dair praktiki nümunələr üzərində müzakirələr aparıblar. Onlar real CV nümunələri üzərində işləyib, müsahibə simulyasiyasında iştirak ediblər. Bu yanaşma tələbələrə yalnız nəzəri bilik əldə etmək deyil, həm də bacarıqlarını praktik şəkildə sınaqdan keçirmək imkanı yaradıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026