BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”

08/10/2026

Bakı Dövlət Universitetinin (BDU) Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə “Liderlik və idarəetmə bacarıqları” mövzusunda ikigünlük təlim keçirilib. BDU rektorunun müşaviri Asiman İlyasovun keçirdiyi təlimdə universitetin əməkdaşları ilə yanaşı, müxtəlif təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.

Təlimin əsas məqsədi iştirakçıların liderlik və idarəetmə kompetensiyalarının inkişaf etdirilməsi, effektiv idarəetmə yanaşmaları barədə biliklərinin genişləndirilməsi, həmçinin kommunikasiya, komanda işi, qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi olub.

Təlim çərçivəsində müasir liderlik nəzəriyyələri və yanaşmaları, effektiv idarəetmənin əsas prinsipləri, komandanın formalaşdırılması və motivasiyası, effektiv kommunikasiya, qərar qəbuletmə mexanizmləri, konfliktlərin idarə olunması və situativ idarəetmə kimi mövzulara toxunulub. Mövzular praktiki nümunələr, interaktiv müzakirələr və situasiya əsaslı tapşırıqlarla müşayiət olunub.

Təlimdə vurğulanıb ki, müasir liderlik yalnız inzibati qərarların qəbulu və tapşırıqların icrası ilə məhdudlaşmır. Effektiv lider həm də əməkdaşların potensialını üzə çıxarmalı, onların motivasiyasını yüksəltməli, etimada əsaslanan iş mühiti yaratmalı və təşkilatın strateji məqsədlərinə nail olmaq üçün komandanın gücündən səmərəli istifadə etməlidir.

Sonda iştirakçıların sualları cavablandırılıb və qazanılan biliklərin gələcək praktiki fəaliyyətdə tətbiqi barədə geniş fikir mübadiləsi aparılıb.

 

Xəbərlər

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”
08/10/2026

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərıik görüşü

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərıik görüşü
08/10/2026