BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”

27/11/2026

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin “Karyera yolu-4” layihəsi çərçivəsində ““LinkedIn” profilinin hazırlanması” mövzusunda təlim keçirilib.

Dövlət Məşğulluq Agentliyinin karyera məsləhətçisi Qələmnaz Quliyevanın keçirdiyi təlimdə tələbələrə müasir əmək bazarının tələbləri, rəqəmsal platformalarda peşəkar təqdimat bacarıqları və şəxsi brendin formalaşdırılması barədə məlumat verilib.

Təlim zamanı “LinkedIn” profilinin düzgün qurulması, peşəkar başlığın seçilməsi, təhsil və iş təcrübəsinin, eləcə də bacarıqların effektiv təqdim edilməsi məsələləri izah olunub. Həmçinin profilin mütəmadi yenilənməsi, peşəkar məzmunun paylaşılması və platformada aktivliyin artırılmasının əhəmiyyəti vurğulanıb. İştirakçılara “LinkedIn” vasitəsilə peşəkar əlaqələrin genişləndirilməsi, uyğun vakansiyaların axtarılması, işə müraciət imkanlarından istifadə və potensial işəgötürənlərlə ünsiyyətin qurulması yolları barədə praktiki tövsiyələr verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
27/11/2026

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
27/11/2026

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
27/11/2026