BDU-da təlim: “Prokrastinasiya: tənbəlliyə qalib gəl”

21/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru və İCE Beynəlxalq Kouçinq Təhsil Akademiyasının birgə təşkilatçılığı ilə “Prokrastinasiya: tənbəlliyə qalib gəl” mövzusunda təlim keçirilib.

Təlimdə İCE Beynəlxalq Kouçinq Təhsil Akademiyasının təlim üzrə koordinatoru Rəşad İbrahimov qeyd edib ki, prokrastinasiya - edilməsi vacib, lakin icra etmək istəmədiyimiz işlərin sonraya saxlanması prosesidir. İşləri sonraya saxlayan insanlar daha çox stresə məruz qalır, uğursuzluğa düçar olacaqlarını düşünərək, işi icra etməkdən qorxurlar.

Araşdırmalar göstərir ki, işləri sonraya saxlamağa meylli insanlar daha az pul qazanır, tez-tez xəstələnir və xroniki narahatlıqdan əziyyət çəkirlər.

Təlimdə prokrastinasiya haqqında araşdırmalar müzakirə olunub, bu prosesin səbəbləri və aradan qaldırılma yolları izah edilib. Mütəxəssis sindromdan əziyyət çəkənlər üçün günü, həftəni, hətta ayı planlaşdırmağın gərəkli olduğunu bildirib.

İnteraktiv formada davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026