BDU-da təlim: “Süni intellektin təhsildə rolu” 

16/10/2026

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və “Dapti.az” rəqəmsal təhsil platformasının əməkdaşlığı ilə “Gələcəyin müəllimi – Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində “Süni intellektin təhsildə rolu” mövzusunda təlim keçirilib.

BDU-nun Karyera planlaşdırılması şöbəsinin baş mütəxəssisi İlkin Şərifov layihənin məqsədi və iştirakçılara qazandıracağı imkanlar barədə məlumat verib. O, rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda süni intellektin təhsilə inteqrasiyasının aktuallığını vurğulayaraq, gələcəyin müəllimləri üçün rəqəmsal bacarıqlara yiyələnməyin vacibliyini qeyd edib.

“Dapti.az” rəqəmsal təhsil platformasının pedaqoji rəhbəri Ülviyyə Ələkbərova geniş təqdimatla çıxış edib. Təqdimatda süni intellektin təhsil sahəsində yaratdığı imkanlar, bu texnologiyaların tədris prosesinə inteqrasiyası və müəllimlərin gündəlik fəaliyyətində istifadə edə biləcəyi rəqəmsal alətlər haqqında ətraflı məlumat verilib. Süni intellekt əsaslı texnologiyaların dərslərin planlaşdırılması, tədris materiallarının hazırlanması, tapşırıqların tərtib edilməsində rolu izah olunub. Həmçinin bu alətlərin müəllimlərin işini asanlaşdırmaqla yanaşı, tədris prosesinin daha çevik və fərdi yanaşma əsasında qurulmasına verdiyi imkanlar diqqətə çatdırılıb.

Təlimdə süni intellekt alətlərindən təhsil məqsədləri üçün səmərəli istifadə, uyğun rəqəmsal vasitələrin seçilməsi və onların tədris prosesinə inteqrasiyası məsələləri müzakirə edilib.

İnteraktiv formatda davam edən təlimdə iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026