BDU-da təlim: “Şəxsi sərhədlər və emosional rifah”

09/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Şəxsi sərhədlər və emosional rifah” mövzusunda təlim keçirib.

Təlimdə Universitetin müxtəlif fakültələrindən tələbələrlə yanaşı, Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Psixoloji mərkəzinin rəhbəri, dosent Boboyor Turayev də iştirak edib.

Təlim çərçivəsində sektorun psixoloqu İlkanə Mənsumova iştirakçılara şəxsi sərhədlərin nəzəri əsasları, sağlam və qeyri-sağlam sərhəd modelləri, assertiv ünsiyyət bacarıqları və emosional rifahın əsas komponentləri haqqında ətraflı məlumat verib. İnteraktiv müzakirələr və praktiki tapşırıqlar vasitəsilə mövzu iştirakçılar tərəfindən daha dərindən mənimsənilib.

Təlim müddətində iştirakçılar öz sərhədlərini tanımaq, onları ifadə etmək və gündəlik həyatlarında tətbiq etmək istiqamətində praktik bacarıqlar əldə edib, emosional rifahın qorunması üçün effektiv strategiyalarla tanış olublar.

Təlim qarşılıqlı fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb.

Bu kimi maarifləndirici tədbirlər Universitet mühitində psixoloji rifahın gücləndirilməsinə, sağlam ünsiyyət mədəniyyətinin formalaşmasına və beynəlxalq təcrübə mübadiləsinin inkişafına mühüm töhfə verir.

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026