BDU-da “Triboelektrik nanogenerator və onların tətbiqləri” qrupu elmi tədqiqatlarını davam etdirir

15/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqi­qat Mərkəzinin­ “Triboelektrik nanogenerator  və onların tətbiqləri” qrupu elmi tədqiqatlarını uğurla davam etdirir. Qrupun elmi nəticələrinə həsr olunmuş növbəti onlayn  seminarda qrup üzvləri və Fizika fakültəsinin tələbələri iştirak ediblər. Seminarın moderatorluğunu qrupun rəhbəri, aparıcı elmi işçi Kim Jiseok edib. Tədbirdə gümüş nanonaqillərinin müxtəlif təcrübi üsullarla əldə olunması prinsiplərinin araşdırılması, alınan nanonaqillərin  ölçülərinə təsir edən faktorların araşdırılması məsələlərinə toxunulub. Mərkəzinin əməkdaşı Reyhan Mirsultanova  “CuCl və  CuCl2-dən istifadə edərək  poliol üsulu ilə gümüş nanonaqillərinin sürətli sintezi” mövzusunda çıxış edib. Məruzədən sonra suallar cavablandırılıb və növbəti hədəflər haqqqında müzakirələr aparılıb.

Tədbirdə qrupun rəhbəri Kim Jiseok gələcəkdə təcrübələrdə gümüş nanonaqillərinin əldə olunması zamanı polimer kimi istifadə olunan  PVP-dən  əlavə, digər polimerlərin istifadə olunub-olunmaması haqqında ədəbiyyat  icmalının  aparılmasını, nanonaqillərin ölçülərinin onların elektrik xüsusiyyətlərinə təsirini qeyd edərək, onların diametrinin daha kiçik intervalda alınmasının vacibliyini vurğulayıb.

 

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026