BDU-da triboelektrik nanogeneratorların çıxış parametrləri öyrənilir

05/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyasında növbəti elmi seminar keçirilib.

Elmi seminarda doktorant Möhsün Əlizadə “Triboelektrik nanogeneratorların çıxış parametrlərinin araşdırılması və onlara təsir edən amillər“ mövzusunda məruzə edib.

Məruzəçi triboelektrik nanogeneratorların tədqiqinin aktuallığı, işləmə prinsipi, çıxış parametrlərinin araşdırılması, onlara təsir edən amillər haqqında ətraflı məlumat verib. O, triboelektrik nanogeneratorların məlum olan kontakt, sürüşmə və avtonom, bir- və ikielektrodlu işləmə prinsipləri, çıxış parametrlərinə təsir göstərən amillər – səthin deformasiyası, toxunma tezliyi, effektiv sahəsi, istifadə olunan materialın xassələri, işləmə rejimindən danışıb. Məruzəçi həmçinin triboelektrik nanogeneratorların çıxış parametrlərinin effektivliyinin artırılması istiqamətində tədqiqatların aparılmasının vacibliyini qeyd edib.
Məruzə üzrə bəzi məlumatlar videoçarx şəklində təqdim edilib.

Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026