BDU-da Türk Dünyası Jurnalistlər Federasiyanın nümayəndə heyəti ilə görüş

25/10/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türk Dünyası Jurnalistlər Federasiyanın rəhbəri Menderes Dəmirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə oktyabrın 26-da BDU-da keçiriləcək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş III Türk Dünyası Media və Sənət Simpoziumunun açılış mərasiminə hazırlıq işləri müzakirə edilib. Simpoziumda türkdilli dövlətlərin media və mədəniyyət sahələrində tanınmış xadimləri iştirak edəcəklər. Simpoziumun açılış mərasimindən sonra Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə Ankarada keçirilən “VIII Türk Dünyası Sənədli Film Festivalı”nda Azərbaycandan mükafat qazanan filmlərin nümayişi keçiriləcək. “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən festivalda mükafata layiq görülən filmlərin dünyanın doqquz ölkəsində nümayişi planlaşdırılır. İlk nümayiş məhz Azərbaycanda və onun ən böyük, qədim ali təhsil müəssisəsi olan BDU-da keçiriləcək.

Simpozium iştirakçıları panel müzakirələrdə ümumtürk mədəniyyətinin təbliği, media sahəsində ortaq layihələr, türkdilli dövlətlərdə media birliyinin önəmi kimi mövzulara dair müzakirələr aparacaq, həmçinin BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün ustad dərsləri keçəcəklər.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026