BDU-da “Türk dünyasında yakutlar və həzəralar” mövzusunda elmi seminar

06/11/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) və Türkologiya kafedrası nəzdində Türkoloji dərnəyin təşkilatçılığı ilə “Türk dünyasında yakutlar və həzəralar” mövzusunda elmi seminar keçirilib.

Seminarda Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov, “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının (ETL) elmi işçiləri Ramil Bayramov və Pərvin Eyvazov, kafedranın doktorantı Məleykə Mirzəli, TEC-in üzvləri və tələbələr iştirak ediblər.

Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov gənclərin elmə  marağının artırılmasının vacibliyindən söz açıb, mövzunun türkologiyanın aktual məsələlərindən biri olduğunu bildirib.

Yakut türkləri ilə bağlı məruzə edən Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Mehrəngiz Qurbanova məruzəsində yakutların nə üçün “saxa” adlandırılması, bu etnonimin mənşəyi, tarixi, dili, folkloru, ədəbiyyatı, adət-ənənələri, dini dünyagörüşləri, bugünkü vəziyyətləri haqqında geniş məlumat verib, mövzuya dair videoçarxlar nümayiş etdirib.

Həzəra türkləri ilə bağlı məruzə edən Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Aydan Sultanova həzəra etnonimi,  onların tarixi, folkloru, dini dünyagörüşləri, mövcud vəziyyətləri, bu barədə aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib.

Sonra tələbələrə suallar ünvanlanıb, məruzələrlə bağlı çıxışlar edilib.

 

Xəbərlər

Müstəqilliyimiz milli sərvətimizdir

Müstəqilliyimiz milli sərvətimizdir
28/05/2026

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026