BDU-da Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş tədbir

30/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş “Ey yüksələn nəsil, istiqbal sizindir!” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirin moderatoru, Türk filologiyası kafedrasının dosenti Nurlanə Mustafayeva 100 illik yubileyini qeyd etdiyimiz Türkiyə Cümhuriyyətinin bütün türk xalqlarının, eləcə də müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş yaratmış böyük hadisə olduğunu bildirib. O, Türkiyə Cümhuriyyətinin bir əsrlik dövr ərzində böyük inkişaf yolu qət etdiyini, sosial-iqtisadi və siyasi inkişafa nail olduğunu, modern ordu qurulduğunu, ölkənin hərtərəfli güclənib, regional və beynəlxalq məsələlərdə söz sahibinə çevrildiyini qeyd edib.

Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının daim öz təsdiqini tapdığını, Azərbaycan və Türkiyənin qırılmaz tellərlə bir-birinə bağlı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Cümhuriyyətin 100-cü ildönümünün bayram kimi qeyd edilməsi bütün Türk dünyası üçün mühüm hadisədir. Aydan Xəndan həmçinin onu da bildirib ki, BDU-nun təhsil və ictimai həyatında fərqlənən 5 tələbə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illik yubiley tədbirlərində iştirak etmək üçün Ankaraya dəvət olunub.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Selcuk Karakılıc Azərbaycan və Türkiyənin bütün səviyyələrdə bir-birlərini dəstəklədiklərini, gələcəkdə BDU ilə əməkdaşlığın daha da inkişaf etdiriləcəyini bildirib.

Türk filologiyası kafedrasının professoru, Milli Məclisin üzvü Jalə Əliyeva Türkiyə Cumhuriyyətinin qurulmasının tarixi ilə bağlı faktlara toxunaraq, iki qardaş ölkə arasında olan münasibətlərin inkişafında Mustafa Kamal Atatürkün və Ümumilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib.

Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov, həmin kafedranın dosenti Bənövşə Hacıyeva cümhuriyyətin qurulmasında tarixi şəxsiyyətlərin rolundan, Türk Dövlətləri Təşkilatının yaranması və güclənməsində Azərbaycan və Türkiyənin gördüyü işlərdən söz açıblar.

Daha sonra tədbir tələbələrin çıxışları və bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024