BDU-da Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri ilə görüş

03/07/2024

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev BDU-da sosiokəndlərin universitetlərdə tətbiqinə dair ikigünlük seminar keçirən Türkiyənin Ankara Sosial Elmlər Universitetinin Sosiokəndinin rəhbəri, professor Erdal Akdeve və əməkdaşı, professor Çetin Öndərlə görüşüb.

Rektor qonaqlara ötən il BDU və Ankara Sosial Elmlər Universiteti arasında imzalanan anlaşma memorandumu və “Erasmus+ K171” mübadilə proqramından gözləntilərin böyük olduğunu bildirib. Memorandum çərçivəsində BDU və Ankara Sosial Elmlər Universiteti birgə sosial elmi-tədqiqat layihələri həyata keçirəcək. BDU nümayəndə heyəti Ankara Sosial Elmlər Universitetinin Sosiokəndini ziyarət edib, təcrübəsini öyrənib. Elçin Babayev bu baxımdan Ankara Sosial Elmlər Universitetinin əməkdaşlarının seminarını yüksək qiymətləndirib, eyni sistemin BDU-da tətbiqinin Universitetin inkişafına böyük fayda verəcəyinə əminliyini bildirib. Rektor diqqətə çatdırıb ki, BDU-nun Sosial elmlər və psixologiya fakültəsi ölkədə bu sahədə kadr hazırlayan əsas baza hesab olunur. Həmçinin BDU-nun Türkiyədən olan tələbələrinin əksəriyyəti məhz psixologiya ixtisasına meyl göstərirlər.

Qonaqlar Ankara Sosial Elmlər Universitetinin Türkiyənin sosial elmlər üzrə ilk dövlət universiteti olduğunu deyib, sosial innovasiya fəaliyyətinin universitetlərin və cəmiyyətin inkişafına mühüm təsir göstərdiyini bildiriblər.

Görüşdə BDU-da sosial innovasiya fəaliyyətini inkişaf etdirməklə bağlı müzakirələr aparılıb.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026