BDU-da Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri ilə görüş

08/06/2023

Bakı Dövlət Universitetininn (BDU) rektoru Elçin Babayev Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Feyzi Yazıcı ilə görüşüb.

Rektor Elçin Babayev qonağa BDU-nun əcnəbi tələbələrinin arasında Türkiyədən olan tələbələrin üstünlük təşkil etdiyini və onların daim qayğı ilə əhatə olunduğunu bildirib. O qeyd edib ki, türkiyəli tələbələr daha çox sosiologiya, psixologiya və hüquq ixtisaslarını seçirlər. Rektor BDU-da təhsil alan türkiyəli tələbələrin sayının daha da artırılması üçün birlikdə çalışmağın zəruriliyini vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Feyzi Yazıcı isə qeyd edib ki, təhsil Türkiyə-Azərbaycan qardaşlığında önəmli nöqtədir. O, Azərbaycanın ali məktəblərində təhsil alan türkiyəli tələbələrlə vaxtaşırı görüşlər keçirildiyini, bu tələbələrə dair elektron portalın yaradılacağını bildirib.

Görüşdə BDU-nun türkiyəli tələbələrinin təhsilləri, maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026