BDU-da Türkiyənin Üsküdar Universitetinin rektoru ilə görüş

07/11/2024

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngörlə görüşüb.

Rektor Elçin Babayev iki universitet arasında səmərəli əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Xüsusilə jurnalistika sahəsində Üsküdar Universitetinin böyük təcrübəsinin BDU-da jurnalist kadrların hazırlanmasında faydalı olacağını qeyd edib. Rektor digər sahələr üzrə də əməkdaşlıq imkanlarının olduğunu xatırladıb.

Rektorlar Üsküdar Universitetinin professor-müəllim heyətinin BDU-da tədris prosesinə cəlb olunması ilə bağlı razılığa gəlib, jurnalistika üzrə magistratura səviyyəsində ikili diplom proqramının hazırlanması istiqamətində görülən işləri müzakirə ediblər. Görüşdə Üsküdar Universitetinin gələn ilin may ayında BDU ilə birgə keçirmək istədiyi beynəlxalq simpoziumla bağlı da müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
02/11/2026