BDU-da Türkiyənin İstanbul Universitetinin rektoru ilə görüş

09/04/2024

Türkiyənin İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar Bakı Dövlət Universitetində (BDU) olub.

BDU rektoru Elçin Babayev həmkarına Universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 105 illik tarixə malik BDU Azərbaycanın ən böyük və qədim universitetidir. 25 mindən artıq tələbəsi olan BDU-nun 16 fakültəsində elmin bütün sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Tədqiqat istiqamətinə xüsusi önəm verən BDU-nun Hirş indeksi artıq 62-yə çatıb. Rektor İstanbul Universiteti ilə biotexnologiya, nanotexnologiya, biotibbi materiallar, kompüter elmləri, sosial elmlər, jurnalistika, arxeologiya istiqamətləri üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. O qeyd edib ki, xüsusilə arxeologiya sahəsi üzrə birgə ekspedisiyalar və laboratoriyalar yaradıla, seçilmiş istiqamətlərdə ikili diplom proqramları imzalana bilər.

İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar da BDU ilə birgə tədqiqatlara, müəllim-tələbə mübadiləsinə ehtiyac duyulduğunu qeyd edib.

Görüşdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Xəbərlər

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində  uğurla təmsil olunur
30/07/2026

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
30/07/2026

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026