BDU-da Türkiyənin tanınmış astronavtı Tuva Cihangir Ataseverlə görüş

17/11/2025

Bakı Dövlət Universitetində (BDU) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış astronavtı Tuva Cihangir Ataseverlə görüş keçirilib.

BDU rektoru Elçin Babayev tələbələrin müxtəlif elm sahələrində uğur qazanan dünyaşöhrətli insanlarla görüşlərinin təşkil edilməsinin onlar üçün stimul olduğunu bildirib. O, tələbələrlə görüş dəvətini qəbul etdiyinə görə Tuva Cihangir Ataseverə təşəkkür edib, bunun Universitetin tarixinə yazılacaq bir hadisə olduğunu vurğulayıb. Rektor diqqətə çatdırıb ki, Tuva Cihangir Ataseverin anası azərbaycanlıdır, tanınmış astronavt ölkəmizi və bütün Türk dünyasını çox sevir.

Tədbirdə Türkiyənin kosmosun fəthi istiqamətində gördüyü işlər və astronavt Tuva Cihangir Ataseverin kosmik uçuşlarına dair videoçarx nümayiş olunub.

Tanınmış astronavt çıxışında Türkiyənin kosmik proqramının əsas hədəfləri və strateji prioritetləri, kosmosa uşuş hazırlıqları barədə məlumat verib, kosmik missiyası ilə bağlı təəssüratlarını bölüşüb. O, kosmik uçuşu zamanı mikroqravitasiya vasitəsilə insan biologiyası və fiziologiyasına dair mühüm təcrübələr apardığını, kosmik şəraitin insan orqanizminə təsirini araşdırdığını vurğulayıb. Kosmosa uçuş zamanı insanın bədən funksiyalarının da dəyişdiyini diqqətə çatdıran Tuva Cihangir Atasever əldə etdiyi nəticələrin yaxın gələcəkdə bir sıra xəstəliklərin müalicəsinə töhfə verəcəyinə əminliyini bildirib. O, Türkiyə ilə Azərbaycanın kosmik sahədə əməkdaşlığının vacibliyini diqqətə çatdırıb.

Gənclərlə interaktiv sual-cavab formatında keçirilən görüşdə Tuva Cihangir Atasever onların suallarını cavablandırıb, tələbələrə avtoqraflı şəkillərini hədiyyə edib.

Sonda BDU tələbələrinə oxuduğu maraqlı mühazirəyə görə tanınmış astronavta təşəkkürnamə təqdim olunub.

Xəbərlər

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub
27/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
27/08/2026

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib
27/08/2026