BDU-da “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

21/10/2025

Əhalinin tullantıların düzgün idarə olunması, çeşidlənməsi və təkrar emalına diqqətinin artırılması, eləcə də gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Bakı Dövlət Universitetinin, “Araz” supermarketlər şəbəkəsinin, “Azərsun Holdinq”in, “Təkan”, “EcoHub” İctimai birliklərinin və “Yağmur-2” MMC-nin dəstəyi ilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

Bakı Dövlət Universitetində keçirilən tədbir gənclərin, tələbələrin və vətəndaşların böyük marağına səbəb olub. Festival çərçivəsində iştirakçılar ümumi tutumu 3410 litr olan plastik, 685 litr olan şüşə tullantı və 1481 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər. Tədbir çərçivəsində interaktiv maarifləndirici fəaliyyətlər də təşkil olunub.

Bu təşəbbüs ekoloji mədəniyyətin formalaşmasına, vətəndaş məsuliyyətinin artırılmasına və tullantıların düzgün idarə olunmasının təşviqinə mühüm töhfənin bariz nümunəsidir.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026