BDU-da Tvinninq layihəsi çərçivəsində seminar keçirilib

07/02/2019

Bakı Dövlət Universitetində “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində “Proqram akkreditasiyasının konsepsiyası və prinsipləri” mövzusunda seminar keçirilib. Yerli və xarici ekspertlərin iştirakı ilə keçirilən seminarı açan Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov layihənin məqsədi barədə ətraflı məlumat verib. Bildirib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdır.

Sonra Tvinninq layihəsinin koordinatoru Yelizaveta Bıdanova layihə barədə danışıb. O, Tvinninq layihələrinin dünyada bütün universitetlər arasında əlaqələrin genişləndirilməsi, mütəxəssislər üçün fənlər üzrə tədris, öyrənmə və qiymətləndirmə məsələlərini ortaq müzakirə etmək imkanlarının yaradılması, təhsil sahəsində yeni layihələrin davamlı olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra Tvinninq layihəsinin litvali eksperti Nora Skaburskiene, latviyali ekspert Yolanta Silka “Təhsil proqramlarının akkreditasiyası”, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov və həmin şöbənin böyük mütəxəssisi Lalə Abbasova “Təhsil proqramlarının özünütəhlili üzrə meyarlar və göstəricilər” mövzularında təqdimatla çıxış ediblər.

Seminar iştirakçıların mövzular ətrafında fikir mübadiləsi və çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, adıçəkilən layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilir. Layihə 2015-2017-ci illərdə “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” Tvinninq layihəsinin davamı olaraq reallaşdırılır.

Mətbuat və informasiya şöbəsi, 07 fevral 2018-ci il.

Xəbərlər

BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər

BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər
04/12/2024

BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər

BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər
04/12/2024

BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş

BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş
04/12/2024