BDU-da İTV-nin “Sabaha saxlamayaq” verilişinin model simulyasiyası

07/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Yeni media və kommunikasiya nəzəriyyəsi” fənni çərçivəsində İctimai Televiziyada (İTV) yayımlanan “Sabaha saxlamayaq” verilişinin BDU modeli simulyasiyası keçirilib. Simulyasiyada verilişin aparıcıları Vüsalə Məmmədova və Ürfan Məmmədli iştirak ediblər.

BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova və kafedranın müəllimi, verilişin böyük redaktoru Nüşabə Hüseynova gənc jurnalistlərin praktik biliklərə yiyələnmələrinin xüsusi önəm kəsb etdiyini deyiblər. Qeyd ediblər ki, hazırda fəaliyyət göstərən və ictimai rəy formalaşdıra bilən peşəkarlarla görüşlərin keçirilməsi, belə simulyasiyanın təşkili tələbələrin nəzəri biliklərinin praktikada icrasına dəstək olacaq.

Vüsalə Məmmədova və Ürfan Məmmədlinin aparıcılığı ilə keçirilən simulyasiyada jurnalistlərin etik kodeksləri, gənc jurnalistlərin karyera məsələləri, tədris prosesində praktiklik və jurnalistlərin nitq bacarıqları kimi mövzular müzakirə edilib, real proqram mühiti yaradılıb. Bildirilib ki, hər gün nəsə öyrənən jurnalist yeniliklərə və hətta tənqidə də açıq olmalı, istənilən situasiyada peşəkarlığı qorumalı və qərəzsiz qalmalıdır: “Hər proqramın öz auditoriyası var. Verilişin mövzuları cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarına cavab verməlidir”.

Görüşdə tələbələrin müxtəlif media subyektləri ilə bağlı fikirləri dinlənilib. Müasir mətbuatımızda ən çox yol verilən nöqsanlar təhlil edilib.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026