BDU-da TVİNNİNQ layihəsi çərçivəsində təlim keçirilib

15/12/2015

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” adlı TVINNINQ layihəsi çərçivəsində başlanğıc təlim keçirilib. Adıçəkilən layihəyə uyğun olaraq təlimdə Azərbaycanın Avropa təhsil məkanına uğurlu şəkildə inteqrasiyası və ali təhsil sistemində həyata keçirilən islahatlara yardım göstərilməsi məqsədilə bir çox məsələlər müzakirə edilib, gələcəkdə bu sahədə ekspert kimi fəaliyyət göstərə biləcək iştirakçılara ətraflı məlumat verilib. Müxtəlif universitetləri təmsil edən 30 nəfərin iştirak etdiyi təlimdə yerli və xarici ekspertlərin çıxışları maraqla dinlənilib.
Qeyd edək ki, ikigünlük təlim sonunda iştirakçılar sertifikatla təltif ediləcəklər.
İki il müddəti olan TVİNNİNQ layihəsinin fəaliyyət planı keyfiyyətin artırılması üzrə Boloniya prosesinə uyğun olaraq ali təhsil sahəsində islahatların aparılması, ali təhsil müəssisələri üçün akkreditasiya sisteminin təkmilləşdirilməsi, Avropa İttifaqı və Azərbaycan arasında siyasi dialoq və getdikcə artmaqda olan beynəlxalq əməkdaşlıq və mobillik məsələlərini əhatə edir. Layihənin rəhbərləri Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin vitse-prezidenti Helka Kekalainen, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olması üzrə Agentliyin prezidenti Heli Mattisin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin inkişaf proqramları şöbəsinin müdiri Emin Əmrullayevdir.

Mətbuat və informasiya şöbəsi, 15 dekabr 2015-ci il.

Xəbərlər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29/07/2026

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
29/07/2026