BDU-da tyutor hazırlığı kursunun IX buraxılışının yekun imtahanı keçirilib

07/07/2017

Bakı Dövlət Universitetində tyutor hazırlığı kursunun IX buraxılışının yekun imtahanı keçirilib. Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazimzadənin iştirak etdiyi imtahanda iştirak edən 11 nəfər tyutorluğa namizəddən iki nəfəri maksimum nəticə (100 bal) əldə ediblər. Artıq 9 ildir ki Boloniya prosesindən irəli gələn işlərin həyata keçirilməsinə kömək məqsədilə BDU və digər universitetlər üçün ümumilikdə 300-ə yaxın tyutor hazırlanıb. İndiyədək kursu bitirən BDU namizədlərinin böyük əksəriyyəti fakültələrdə və müvafiq strukturlarda işlə təmin ediliblər. Onu da qeyd edək ki, 2008-ci ildən başlayaraq Avropa Birliyinin “Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində Boloniya prosesinin baza prinsiplərinin və “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kursları keçirilir.

Mətbuat və informasiya şöbəsi, 07 iyul 2017-ci il

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026