BDU-da Şuşa Bəyənnaməsinin imzalanmasına həsr olunmuş tədbir keçirilib

16/06/2021

2021-ci il 16 iyun tarixində Bakı Dövlət Universitetində (BDU) Tarix fakültəsi, Universitetin nəzdində "Gənc istedadlar" liseyi və BDU-nun Heydər Əliyev muzeyinin  birgə təşkilatçılığı ilə Şuşa Bəyənnaməsinin imzalanması və 15 iyun - Milli Qurtuluş Gününə hərs olunmuş onlayn tədbir keçirilib.

Tədbirdə BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşunaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov, Tarix fakültəsinin professoru İbrahim Zaynalov, "Gənc istedadlar" liseyinin  tarix müəllimi, Tarix fakültəsinin professoru Nuru Məmmədov, BDU-nun Heydər Əliyev müzeyinin müdiri Zəkiyyə Kərimova, "Gənc istedadlar" liseyinin  direktoru  Arif Bağırov və liseyin sağirdləri iştirak ediblər.

Çıxış edənlər Şüşa Bəyannəməsinin Türkiyə və Azərbaycan  arasında müttəfiqlik sənədi olduğunu və bu bəyannamənin özünün çoxsaylı bəndləri ilə iki qardaş ölkə  arasında bütün istiqamətlərdə əlaqələri özündə əks etdirdiyini bildiriblər. Sonra 15 iyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub. 1993-cü il 15 iyun tarixində  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi, Ulu Öndərin özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ilə dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımlarından, xalqımızı Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməsindən söz açılıb.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026