BDU-da "Şuşa ili" çərçivəsində intellektual bilik yarışı

22/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Şuşa ili"nə həsr olunmuş fakültələrarası "Dəmir yumruq" adlı "Nə? Harada? Nə zaman?" intellektual bilik yarışı keçirilib.

Yarışın açılışında Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Qarabağın tacı Şuşa şəhəri ilə bağlı videoçarx nümayiş olunub. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Vətən müharibəsində tariximizin ən parlaq səhifələrindən birini yazıb, 30 ilə yaxın işğalda olan torpaqlarımız azadlığa qovuşub.

İştirakçıların çıxışlarından sonra intellektual yarışa start verilib. Yarışda komandalara Şuşa şəhərinin tarixi, mədəni irsi ilə bağlı suallar ünvanlanıb. 14 fakültənin komandalarının təmsil olunduğu yarışda I yeri Hüquq fakültəsi qazanıb. Kimya fakültəsinin komandası II, Tarix fakültəsinin komandası isə lll yerə layiq görülüb.

Qaliblər müəyyən olunduqdan sonra yarış iştirakçılarına sertifikatlar, birinci yeri tutan komandaya isə kubok təqdim edilib.

Xəbərlər

BDU-də xurma genotiplərinin biokimyəvi və molekulyar-genetik xüsusiyyətləri öyrənilir

BDU-də xurma genotiplərinin biokimyəvi və molekulyar-genetik xüsusiyyətləri öyrənilir
07/07/2026

BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq”
07/07/2026

BDU-da “Bioinformatika” ixtisaslaşması açılır

BDU-da “Bioinformatika” ixtisaslaşması açılır
07/07/2026