BDU-da “Dirçələn Qarabağ” adlı tədbir keçirilib

21/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “Dirçələn Qarabağ” adlı tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, sonra torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kimya fakültəsinin dekanı Fuad Kərimli 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-bərpa-quruculuq işlərinin ölkəmizin sürətli inkişafına böyük töhfə verəcəyini vurğulayıb və soydaşlarımızın öz ata-baba yurdlarına qayıdacaqları günün çox yaxında olduğunu bildirib.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov,  Ümumi və qeyri-üzvi kimya kafedrasının elmi işçisi Əhməd Əhmədov və fakültənin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli çıxışlarında qeyd ediblər ki, hazırda dövlətimizin qarşısında duran strateji hədəflərin reallaşması üçün inamlı addımlar atılır. İşğaldan olunmuş ərazilərdə aparılan quruculuq-abadlıq işlərinin miqyası Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisidir. Artıq erməni qəsbkarlarının viran qoyduqları doğma yurdlarımıza həyat qayıdır. Böyük Qayıdış layihəsi artıq reallıqdır.
Tədbirdə Kimya fakültəsinin III kurs tələbəsi Cavid Şamilov erməni vandalizminə məruz qalmış dini və tarixi abidələrimiz, I kurs tələbəsi Səbuhi Haqverdiyev Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq abadlıq işləri haqqında geniş məlumat veriblər.
Tədbirin sonunda Kimya fakültəsinin I kurs tələbəsi Aidə Kərimovanın hazırladığı videoçarx təqdim olunub.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026