BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb

20/12/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Azərbaycanda uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda fakültənin doktorantı Lamiyə Əliyeva məruzə edib.
Məruzədə Azərbaycanda uşaq ədəbiyyatının formalaşması və inkişafı tarixinə nəzər salınıb. XIX əsrin sonu-XX əsrin əvvəllərindən başlayaraq sahənin daha da inkişaf etdiyini bildirən doktorant və bu istiqamətdə Firidun bəy Köçərli, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir və başqa maarifçi ziyalıların, görkəmli ədiblərin rolunu xüsusi vurğulayıb.
Araşdırmada uşaq ədəbiyyatı üzrə sənəd axını xronoloji inkişafda izlənilib, uşaq ədəbiyyatının sistemləşdirilməsi və yayılmasında sahə üzrə yaradılmış biblioqrafik resursların mühüm rol oynadığı diqqətə çatdırılıb. Gənc tədqiqatçı Azərbaycan Milli Kitabxanası və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən uşaq ədəbiyyatı üzrə hazırlanmış müxtəlif biblioqrafik resursları təhlil edib, bu resursların ölkəmizdə uşaq ədəbiyyatının inkişafını izləmək və eləcə də bu zəngin irsi qorumaq, gələcək nəsillərə ötürmək baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Elmi seminar müzakirələrlə davam edib.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026