BDU-da Ulu öndər Heydər Əliyevə həsr olunmuş rəsm sərgisi

10/05/2022

Bakı Dövlət Universitetinin Biologiya, Sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tələbə və müəllimlərin rəsm sərgisi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sərgidə “Şuşa ili” çərçivəsində hazırlanmış 100-ə yaxın rəsm əsəri nümayiş etdirilib, tələbələr tərəfindən maraqlı musiqi nömrələri ifa olunub. Sərgidə vətənpərvərlik mövzusunda çəkilmiş rəsm əsərləri  ilə yanaşı, müxtəlif janrlarda (portret, natürmort, mənzərə və s.) əl işləri təqdim edilib.

BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov tədbirdə çıxış edərək tələbələrin asudə vaxtlarının səmərəli təşkilində, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında bu cür sərgilərin əhəmiyyətini vurğulayıb. Biologiya fakültəsinin dekanı Afət Məmmədova çıxışında sərgidə əl işləri nümayiş etdirilən iştirakçılara elmi fəaliyyətləri ilə yanaşı, yaradıcılıq uğurları arzulayıb. Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini Nəzakət Kərimova çıxışında “Şuşa ili” çərçivəsində keçirilən silsilə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, fakültələrarası əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynadığını bildirib.

Hər iki fakültənin istedadlı tələbə və müəllimlərinin əl işləri Universitet kollektivi tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Xəbərlər

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2025

BDU və Maxambet Utemisov adına Qərbi Qazaxıstan Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Maxambet Utemisov adına Qərbi Qazaxıstan Universiteti arasında anlaşma memorandumu imzalanıb
18/09/2025

BDU-da tədbir: “Uğur yolu - məzun təcrübəsi”

BDU-da tədbir: “Uğur yolu - məzun təcrübəsi”
18/09/2025