BDU-da “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” mövzusunda konfrans

03/05/2023

Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” mövzusunda Respublika elmi konfransı keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, BDU-nun Elmi Şurasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı qəbul olunub. Plana uyğun olaraq konfranslar, seminarlar, sərgilər, bilik, idman yarışları və digər tədbirlər təşkil olunur: “Bu baxımdan bugünkü konfransın keçirilməsi də təqdirəlayiqdir. Çünki Ulu Öndərimiz Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində kitabxana işinə, kitab mədəniyyətinə yüksək qiymət verib, bu sahənin inkişafı üçün mühüm addımlar atıb. Bu gün isə həmin siyasət Ümummilli Liderimizin layiqli davamçısı, Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir”.

Konfransın plenar iclasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, professor Məmməd Əliyev, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin professoru Xəlil İsmayılov, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, AMEA-nın “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov, Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayevaya, İnformasiya və sənəd menecmenti fakültəsinin elmi işlər üzrə dekan müavini Zahidə Rzayeva çıxış ediblər. Natiqlər Ulu Öndərin kitabxana quruculuğu, kitab mədəniyyətinin, nəşriyyat-poliqrafiya sahəsininin inkişafındakı tarixi xidmətlərini faktlarla diqqətə çatdırıblar. Çıxışlarda xüsusi qeyd olunub ki, bu gün kitabxana-informasiya fəaliyyəti sahəsində çalışanların qarşısında duran mühüm vəzifələrdən biri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağımızda dağıdılmış kitabxana infrastrukturunun bərpasında iştirak etməkdir. İclasda Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan plenar məruzə ilə çıxış edib. Plenar iclasın sonunda İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı çıxış edərək tədbirin yüksək səviyyədə təşkilatçılığı üçün BDU rəhbərliyinə, qonaqlara, iştirakçılara fakültənin kollektivi və tələbələri adından minnətdarlığını bildirib.

Konfrans işini bölmə iclaslarında davam etdirib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024