BDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə kitab sərgisi

10/05/2024

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə kitab sərgisi təşkil olunub.

Ümumilikdə 100-dən çox kitabın yer aldığı  sərgidə müasir Azərbaycanın qurucusu və memarı, Ulu Öndər, BDU-nun ən böyük məzunu Heydər Əliyevin mənalı, zəngin və şərəfli həyat yolunu, çoxşaxəli ictimai-siyasi fəaliyyətini, dövlətçiliyimiz tarixində müstəsna xidmətlərini əks etdirən 100-dən çox kitab və digər nəşrlər nümayiş etdirilir.

Sərgilənən yeni nəşrlər içərisində BDU-da təqdimat mərasimi keçirilmiş (BDU-nun “Nəşr Evi”ndə çap olunmuş) akademik Nizami Cəfərovun “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət”, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” adlı kitabları da yer alır.

 

Xəbərlər

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir
05/08/2026