BDU-da Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib - VİDEO

12/12/2013

Bu gün Bakı Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələri iştirak edib. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. O,  ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib. Rektor ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin in

kişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışıb. «Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir» fikrini hər dəfə səsləndirdiyini xatırladan rektor, bu baxımdan Azərbaycan xalqının həqiqətən də xoşbəxt olduğunu qeyd edib: “Ulu öndərin siyasi kursu möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı yeni vüsət alır”.

Sonra universitetin kafedra müdirləri, professorlar – Ziyafət Əsgərov, Məzahir Pənahov və Cahangir Məmmədli çıxış ediblər.

Tədbirin sonunda universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyevin sçenarisi esasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Mətbuat informasiya şöbəsi, 12 dekabr 2012-ci il.

Xəbərlər

BDU ilə İtaliyanın G. N. Annunzio adına Çieti-Peskara Universiteti arasında əməkdaşlıq müzakirə edilib

BDU ilə İtaliyanın G. N. Annunzio adına Çieti-Peskara Universiteti arasında əməkdaşlıq müzakirə edilib
06/02/2025

BDU əməkdaşının meşələrdə biokütlə və karbontutma potensialının hesablaması üzrə tədqiqatlarından tədris prosesində istifadə oluna bilər

BDU əməkdaşının meşələrdə biokütlə və karbontutma potensialının hesablaması üzrə tədqiqatlarından tədris prosesində istifadə oluna bilər
06/02/2025

BDU ilə Qazaxıstanın Süleyman Dəmirəl Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Qazaxıstanın Süleyman Dəmirəl Universiteti arasında anlaşma memorandumu imzalanıb
06/02/2025