BDU-da “Ulu Öndər xatirələrdə” layihəsi çərçivəsində professor İzzət Rüstəmovla görüş

04/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq “Ulu Öndər xatirələrdə” layihəsi çərçivəsində Əməkdar elm xadimi, professor İzzət Rüstəmovla tələbələrin görüşü keçirilib.

Görüşdə çıxış edən Heydər Əliyev Muzeyinin mütəxəssisi Afət Seyidbəyova layihə haqqında məlumat verib, Ümummilli Lider Heydər Əliyevlə çiyin-çiyinə çalışmış görkəmli elm xadimləri və ziyalılarla silsilə görüşlərin keçiriləcəyini vurğulayıb.

Daha sonra çıxış edən professor İzzət Rüstəmov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışdığını vurğulayaraq, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Ümummilli Liderin  həyat və fəaliyyətindən söz açan İzzət Rüstəmov dahi şəxsiyyətin müasir Azərbaycan dövlətinin yaranmasında və dünya ölkələri içərisində tanınmasında göstərdiyi misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində yaranmış xaos və hərc-mərclik dövlətimizi məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. Belə bir şəraitdə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev müdrik siyasəti və qəti tədbirləri sayəsində dövləti məhv olmaq təhlükəsindən xilas etdi.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir siyasətçidir. Böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq.
Daha sonra mövzu ətrafında tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026