BDU-da “Ulu tariximizin sorağı ilə: Azıx mağarası” mövzusunda mühazirə

31/03/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU) “Ulu tariximizin sorağı ilə: Azıx mağarası” mövzusunda onlayn mühazirə oxunub. Tədbirdə BDU-nun və Universitetin Qazax filialının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının məsləhətçi professoru, tarix elmləri doktoru Qüdrət İsmayılzadə mövzu ilə bağlı məruzə edib. Məruzədə Azərbaycanın zəngin tarixi keçmişi, misilsiz abidələr diyarı olduğu, vətənimizin hər qarış torpağında ulu tariximizin bütün ardıcıl inkişaf mərhələlərini əhatə edən maddi-mədəniyyət nümunələrinə rast gəlməyin mümkün olduğu bildirilib. Qeyd edilib ki, abidələrin nadir nümunələri Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun azad etdiyi əzəli Azərbaycan torpaqları olan Qarabağ ərazisindədir. Nümunə üçün planetimizin daş dövrünə aid ən qədim mağara düşərgələri sayılan Azıx və Tağlar, eyni zamanda Şüşa mağara düşərgələrini göstərmək mümkündür.

Azıx mağara düşərgəsinin coğrafi mövqeyindən bəhs edən alim onun Qarabağ yaylasının cənub-şərq ətəklərini tutan Quruçay dərəsində, dəniz səviyyəsindən 9 metr yüksəklikdə yerləşdiyini, bu abidənin Qafqazın ən möhtəşəm karst sığınacağı sayıldığını qeyd edib. Mağaranın tədqiq məsələlərindən bəhs edən professor abidənin 1960-cı ildə Azərbaycanın tanınmış arxeoloqu Məmmədəli Hüseynov tərəfindən öyrənildiyini, aparılmış arxeoloji qazıntılar zamanı mağarada daş dövrünün bütün qədim ardıcıl mərhələlərinin üzə çıxarıldığını nəzərə çatdırıb. 1968-ci ildə aşkar edilmiş antropoloji tapıntı bütün dünya arxeologiyası üçün əlamətdar tarixi hadisə olub. Həmin tapıntını M.Hüseynov azıxantrop (“Azıx adamı”) adlandırmışdır. 1971-ci ildə Məmmədəli Hüseynovun Şuşa şəhəri yaxınlığında aşkar etdiyi mağara düşərgəsi də Azərbaycan arxeologiyası üçün nadir sayılmış və Azərbaycanda daş dövrü arxeologiyası üçün əsas olmuşdur.

Mühazirə iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

 

Xəbərlər

BDU-nun 7 tələbəsinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib

BDU-nun 7 tələbəsinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib
18/02/2025

BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib

BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib
18/02/2025

BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb

BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb
17/02/2025