BDU-da “Universitet kitabxanaları elmi kommunikasiyanın mərkəzi kimi” mövzusunda müzakirələr aparılıb

13/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Universitet kitabxanaları elmi kommunikasiyanın mərkəzi kimi” mövzusunda elmi seminar keçirilib.

Elmi seminarda BDU-nun Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti Rəşad Qardaşov mövzu ilə bağlı məruzə edib. Məruzədə qlobal informasiya mühitinin yaratdığı şəraitdə müasir universitet kitabxanası modeli və bu modelin tələblərindən bəhs olunub. XXI əsrdə informasiya texnologiyalarının, rəqəmsal məzmunlu informasiyaların inkişaf tendensiyasının və eyni zamanda dinamikasının ali məktəb kitabxanalarının fəaliyyətində tətbiqinin vacibliyi vurğulanıb.

Tədqiqatçı araşdırmasında müasir universitet kitabxanasının fondunun formalaşması, sənəd-informasiya təminatı və bütünlükdə informasiya massivinin vektorial istiqamətlərinin müəyyənləşdirilməsini təhlilə cəlb edib. İşin təcrübi əhəmiyyəti nəzərə alınaraq, problem BDU-nun Elmi Kitabxanası və ADA Universiteti Kitabxanasının təcrübələri əsasında təhlil olunub. Məruzədə həmçinin modern universitet kitabxanasının modeli, strukturu, potensial imkanları və hədəfləri barədə məlumatlar diqqətə çatdırılıb. Universitet kitabxanalarının təhsilin və elmi tədqiqatların vahid informasiya platformasının formalaşmasındakı rolu, elmi kommunikasiyanın mərkəzi kimi mühüm əhəmiyyəti barədə beynəlxalq təcrübə haqqında məlumat verilib.

Elmi seminar müzakirələrlə davam etdirilib.

 

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026