BDU-da universitetdaxili “50+50” qrant proqramının qalibləri ilə görüş

16/10/2018

Bakı Dövlət Universitetində universitetdaxili "50+50” qrant proqramının növbəti mərhələsinin qalibləri ilə görüş keçirilib. Universitetin Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin artırılması, alınmış nəticələrin beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən nüfüzlu jurnallarda dərc edilməsi, xüsusilə gənclərin elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə bir sıra işlərin görüldüyünü, “50+50” qrant proqramının da bu qəbildən olduğunu bildirib.

Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə 2018-2019-cu illəri əhatə edən 50+50 qrant proqramı müsabiqəsində 89 nəfərin iştirak etdiyini, onlardan  75 nəfərə 2018-ci ilin oktyabr ayının 1-dən 2019-cu  ilin  iyun ayının 30-dək,  9  ay müddətinə fərdi qrantlar ayrıldığını bildirib.

Elmi-Tədqiqat Hissəsinin rəisi İzzət Əfəndiyeva iştirakçılara qrant proqramının şərtləri, sənədləşmə və iş əsnasında yaranacaq məsələlər haqqında   məlumat verib.

Xatırladaq ki, universitetdaxili “50+50” qrant proqramı BDU-da çalışan professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və bakalavr  pilləsində təhsil alan tələbələrin elm və təhsildə qazandıqları nailiyyətləri daha da inkişaf etdirmək məqsədi ilə 2009-cu ildən təsis edilib.

Mətbuat və informasiya şöbəsi, 16 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026