BDU-da universitetimizin sabiq rektoru, əməkdar elm xadimi M.S.Əliyevin 100 illiyii keçirildi

14/11/2007

Elm, təhsil işçilərinin, universitetin professor-müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov Mehdi müəllimin əziz xatirəsini anaraq, gələn qonaqları salamladı. Adlarını əməlləri, fəaliyyətləri ilə xalqımızın tarixinə yazmış insanların yubileylərinin universitetimizdə həmişə qeyd olunduğunu söyləyən rektor A.Məhərrəmov Mehdi müəllimin xalq qarşısındakı xidmətlərindən danışdı. Bildirildi ki, M.Əliyevin məsul vəzifələrdə səylə çalışdığı uzun illər ərzində onun fədakar əməyi, yüksək təşkilatçılıq məharəti sayəsində elm və təhsilimizdə mühüm nailiyyətlər əldə edilib.

Fakültə rəhbərliyinə alimin həyat yolundan bəhs edən, «Mənim müəllimim, mənim rektorum» adlı kitabın yazılması, onun adına təqaüd təsis edilməsi haqqında tapşırıqlarını verdi. Alimin həyatı, elmi-pedaqoji fəaliyyəti ilə bağlı məruzə edən fizika fakültəsinin dekanı, professor Rasim Məmmədov dərin biliyi, peşəkar müəllimlik metodikası, səmərəli təşkilatçılıq qabiliyyəti, yüksək mənəvi əxlaqi keyfiyyətləri, vətənpərvərliyi ilə seçilən M.Əliyevin ömrünün yaddaqalan məqamlarından danışdı. Professor R.Məmmədov 1965-si ildə ADU-nun rektoru təyin edilmiş və ömrünün sonuna kimi, 1970-ci ilə qədər bu vəzifəni ləyaqətlə icra edən M.Əliyevin dövrünün elmi-pedaqoji istimaiyyəti arasında sayılıb-seçilən şəxsiyyətlərindən biri olduğunu vurğuladı.

Çıxış edənlər, alim-pedaqoq Mehdi Əliyevin həyat və yaradıcılığının bütün pillələrində ən böyük arzusu və amalı, Azərbaycanda, o cümlədən ADU-da tədrisin keyfiyyətinin və elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi olduğunu qeyd etdilər. Görkəmli alim-pedaqoq Mehdi Əliyevin əziz xatirəsinin bundan sonra da universitet kollektivinin və ölkə ziyalılarının qəlbində daim yaşayacağına inandıqlarını söylədilər.

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024