BDU-da “Universitetlər: maliyyə mənbələri və sənaye ilə əlaqələr” mövzusunda elmi seminar

31/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşəbbüsü ilə magistrant və gənc tədqiqatçıların növbəti seminarı keçirilib.

Seminarda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Mustafa Muradov “Universitetlər: maliyyə mənbələri və sənaye ilə əlaqələr” mövzusunda məruzə edib.

Mustafa Muradov seminar iştirakçılarına universitetlərin cəmiyyətdə rolu və maliyyə mənbələri, rəqabətədavamlı sənaye, təhsil-tədqiqat-sənaye arasında qarşılıqlı təsir, müxtəlif ölkələrdə tədqiqata ayrılan vəsaitlər, fondlar barədə ətraflı məlumat verib.

O, universitet və sənayenin qarşılıqlı təsirinin əhəmiyyətini vurğulayaraq, müxtəlif ölkələrdə sənayedən tədqiqata ayrılan maliyyələri müqayisəli təhlil edib. İştirakçıları Gənclər Fondu, Elmin İnkişafı Fondu və müxtəlif nazirliklər tərəfindən elan olunan qrant layihələrində iştirak qaydaları barədə məlumatlandıran məruzəçi bunun universitetlər üçün böyük maliyyə dəstəyi olduğunu bildirib.

Seminarın sonunda Mustafa Muradov iştirakçıların suallarını cavablandırıb.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026