BDU-da “Urban Talks” layihəsinin növbəti görüşü

04/03/2026

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının “Urban Talks” layihəsi çərçivəsində “Davamlı şəhər turizmi modelləri və Azərbaycanın kiçik tarixi şəhərlərinə inteqrasiyası” mövzusunda görüş keçirilib.

BDU-nun Protokol sektorunun əməkdaşı, “Urban Talks” layihəsinin rəhbəri Mirhüseyn Tağıyev layihənin məqsədi və təşkil edilən görüşlər barəsində məlumat verib. Bildirib ki, budəfəki görüş layihə çərçivəsində sayca dördüncü tədbirdir və turizmin ətraf mühitə, sosial struktura və mədəni irsə qarşı həssaslığı kimi aktual məsələlərə həsr olunub.

Sonra BDU-nun baş müəllimi, coğrafiya elmləri namizədi və Azərbaycan Ekoturizm Assosiasiyasının həmtəsisçisi Vüqar Dərgahov davamlı şəhər turizmi anlayışının mahiyyəti və müasir şəhərlərin inkişafındakı rolu barədə təqdimatla çıxış edib. O, davamlı turizmin əsas prinsipləri, mədəni irs və ətraf mühitin qorunması, nəqliyyatın optimallaşdırılması, yaşıl zonaların genişləndirilməsi, icmaların inkişafı və inkluziv bərabərlik kimi istiqamətləri diqqətə çatdırıb.

Görüşdə şəhər planlaşdırılması ilə turizm xidmətlərinin əlaqələndirilməsi, yerli biznes və kiçik sahibkarlığa dəstək, smart turizm və rəqəmsal texnologiyaların tətbiqi, eləcə də nəzarət mexanizmləri və turizm göstəricilərinin ölçülməsi məsələləri müzakirə olunub. Təqdimatda Azərbaycanın kiçik tarixi yaşayış məntəqələrində davamlı turizm tətbiqi üzrə idarəetmə modelləri və beynəlxalq təcrübə nümunələri nümayiş olunub. Bildirilib ki, düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma turizmin iqtisadi inkişafı gücləndirməsinə, yerli dəyərlərin qorunmasına xidmət edə bilər.

Qeyd edək ki, “Urban Talks” layihəsi şəhərsalma və dayanıqlı inkişaf mövzularında tələbələr üçün interaktiv müzakirə platforması kimi fəaliyyət göstərir.

Xəbərlər

BDU-da “Azərbaycan və qütb tundrası florasının müqayisəli analizi” mövzusunda ustad dərsi

BDU-da “Azərbaycan və qütb tundrası florasının müqayisəli analizi” mövzusunda ustad dərsi
06/03/2026

BDU-da elmi seminar: “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya”

BDU-da elmi seminar: “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya”
05/03/2026

BDU əməkdaşları “Rabitəbank” ASC-də işgüzar səfərdə olublar

BDU əməkdaşları “Rabitəbank” ASC-də işgüzar səfərdə olublar
05/03/2026