BDU-da urdu dilinin yaranma tarixinə dair ustad dərsi

23/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində ustad dərs keçirilib.

Hindistan Təhsil Nazirliyi yanında Milli Təhsil Tədqiqatları və Təlim Şurasında məktəb dərsliklərinin urdu nəşrləri üzrə məsul redaktoru, yazıçı-publisist Pərviz Əhməd Şəhriyar tələbələrə "Urdu dilinin yaranma tarixi və Hindistanda urdu dilinin inkişaf istiqamətləri" adlı mühazirə oxuyub.

Pərviz Əhməd Şəhriyar mühazirəsində urdu dilinin yaranma tarixi və Hindistanda inkişafı haqqında məlumat verib. Bildirib ki, urdu dili Hindistanın 23 rəsmi dövlət dilindən biridir, ölkədə 50 milyona yaxın insan bu dildə danışır. Urdu dilində müasir dövrün tələblərinə uyğun kitab və jurnallar çap olunur.

Pərviz Əhməd Şəhriyar onu da bildirib ki, Hindistan universitetləri BDU ilə əməkdaşlığın inkişafında maraqlıdır.

Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, dinləyicilərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb
06/10/2026

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
06/10/2026

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi
06/10/2026