BDU-da ustad dərsi: “Dünyagörüşünün formalaşması və müasir informasiya mühiti”

10/04/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə “Dünyagörüşünün formalaşması və müasir informasiya mühiti” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli məruzə edib. Professor Cahangir Məmmədli əvvəlcə dünyagörüşü anlayışı barədə məlumat verib, informasiya mühitinin bu prosesə təsirini elmi-nəzəri baxımdan şərh edib: “Yüksək dünyagörüşü yalnız insanı formalaşdırıb onun gələcək taleyini müəyyən etmir, bəzən bir xalqın, dövlətin taleyini müəyyənləşdirir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin yüksək dünyagörüşü və bu dünyagörüşünə söykənən qərarları xalqımızı xilas etdi”.

Ustad dərsində müasir informasiya bolluğu şəraitində informasiya seçiminin əhəmiyyəti, informasiya resursları ilə işləmək vərdişləri, məlumatın əldə edilməsi, hazırlanması və ötürülməsi kimi mühüm istiqamətlər təhlil edilib, dünyagörüşünün formalaşmasında medianın, internet resurslarının, sosial şəbəkələrin rolu və əhəmiyyəti izah olunub. Dünyagörüşünün formalaşması prosesinin informasiya mühiti ilə vəhdətinin insanlarda tənqidi düşüncə qabiliyyətinin inkişafı, informasiyaya obyektiv və yaradıcı yanaşma, düzgün qərarların qəbulu baxımından vacibliyi vurğulanıb. Dərs zamanı təqdimatlar nümayiş etdirilib, interaktiv müzakirələr keçirilib, informasiya mənbələrinin müsbət və mənfi cəhətləri izah olunub, bir sıra müqayisəli təhlillər aparılıb.

 

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026