BDU-da ustad dərsi: “Filologiya və süni zəka: sözün yeni erası”

18/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində "BDU könüllüləri" təşkilatının təşəbbüsü ilə BDU-nun məzunu, Prezident mükafatçısı, ADA Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ramil Əhmədin “Filologiya və süni zəka: sözün yeni erası” mövzusunda ustad dərsi keçirilib.

Gənc yazar Ramil Əhməd ədəbiyyatın inkişaf tarixi mərhələlərinə qısa nəzər salaraq, süni zəkanın bu sahəyə gətirdiyi yeniliklər və çağırışlar haqqında geniş məlumat verib. O bildirib ki, süni zəka artıq yalnız texnoloji sahələrlə məhdudlaşmır, yaradıcılıq, tərcümə, dilin analizi və mətnin strukturlaşdırılması kimi filoloji aspektlərdə də mühüm rol oynayır. Qonaq süni zəkanın filologiya sahəsinə göstərdiyi müsbət və mənfi təsirlərdən danışıb. Süni intellektdən həddindən artıq istifadənin insanlarda analitik düşüncə və məntiqi təfəkkürün azalmasına, etik problemlərə  yol açdığını vurğulayıb.

Sonra Ramil Əhməd tələbələrin suallarını cavablandırıb, şeirlərini səsləndirib.

Sonda qonaq tələbələrə öz kitablarından hədiyyə edib.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026