BDU-da ustad dərsi: “RNT əsaslı terapiyanın tədqiqində Ərciyəz Universitetinin təcrübəsi”

18/12/2024

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, SABAH İcra Komitəsi və Bakı Dövlət Universitetinin (BDU) SABAH mərkəzinin təşkilatçılığı ilə “Biotexnologiya” ixtisası və “Molekulyar biologiya” ixtisaslaşmasının tələbə və müəllimləri üçün Türkiyənin Ərciyəz Universitetinin professoru Yusuf Özkulun təqdimatında “RNT əsaslı terapiya tədqiqində Ərciyəz Universitetinin təcrübəsi” mövzusunda onlayn ustad dərsi keçirilib.

Ustad dərsində sənayedə biotexnoloji məqsədlərlə istifadə olunan vektorlar, terapiyada RNT-lərdən istifadə imkanları, mRNT, siRNT, miRNT-lər haqqında və terapiya məqsədləri üçün klinik tədqiqatların vəziyyəti, CRİSPR-Cas9 texnologiyaları, CAR-T terapiya haqqında məlumat verilib, RNT texnologiyalarının tətbiqinin üstünlükləri vurğulanıb. Yusuf Özkul Ərciyəz Universitetinin Tibb fakültəsinin tədqiqatçılarının TÜBİTAK proqramı çərçivəsində gördükləri işlər barədə də auditoriyanı məlumatlandırıb.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
06/06/2026

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026